20:31 15 Avqust 2020 585
Ana səhifə Xəbərlər

Sumqayıtda minik avtomobili avtobusla toqquşdu - ÖLƏN VAR

Sumqayıtda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Hacı Zeynalabdin qəsəbəsinə gedən avtomobil yolunda baş verib.

Belə ki, “Mercedes” markalı minik avtomobili və "İkarus" markalı avtobus toqquşub.

Hadisə yerinə cəlb olunan FHN-in Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri minik avtomobilində sıxılı vəziyyətdə qalan 1962-ci il təvəllüdlü Əmrahov Şəmkir Heydər oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın