21:08 08 Avqust 2020 784
Ana səhifə Xəbərlər

Sumqayıtda motosiklet minik avtomobilinə çırpılıb - XƏSARƏT ALAN VAR

Sumqayıtda motosiklet minik avtomobilinə çırpılıb.

APA TV-nin yerli bürosunun məlumatına görə, qəza şəhərin Sülh prospektində qeydə alınıb.

Belə ki, hərəkətdə olan motosiklet yol kənarında dayanmış BMW markalı minik avtomobilinə çırpılıb.

Qəza nəticəsində motosikletin sürücüsü xəsarət alıb və ona yerində təcili tibbi yardım xidmətinin əməkdaşları tərəfindən yardım göstərilib.

Əraziyə yol polisinin əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın