12:03 09 Avqust 2020 342
Ana səhifə Xəbərlər

Sumqayıtda naməlum şəxslər iki nəfəri döyüb - BİRİ XALQ ARTİSTİNİN QARDAŞIDIR

Sumqayıtda Xalq artistinin qardaşını parkda döyüblər.

APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə şəhərin Sülh prospektində parklardan birində baş verib. 1966-cı il təvəllüdlü İxtiyar Allahverdiyev və Vəlixan Səmədov naməlum şəxslər tərəfindən döyülüb.

Hər iki şəxsə Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasının Travmatologiya şöbəsində tibbi yardım göstərilib. Hadisənin baş vermə səbəbləri araşdırılır.

Qeyd edək ki, döyülənlərdən biri 54 yaşlı Vəlixan Səmədov Xalq artisti Əlixan Səmədovun qardaşıdır.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın