21:02 02 Mart 2021 62
Ana səhifə Xəbərlər

Ödəniş terminalı qarət edildi - SUMQAYITDA

Sumqayıtda oğurluq olub.

APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə şəhərin Corat qəsəbəsində qeydə alınıb. Qəsəbədə yerləşən “Vüsal” marketə daxil olan naməlum şəxs və ya şəxslər oradakı "Milliön" ödəmə aparatını sındıraraq pul kassasını oğurlayıblar. Aparatdan aparılan pul vəsaitinin məbləği hələ müəyyənləşməyib.

Hadisə ilə bağlı polisə məlumat verilib.

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın