12:32 09 Avqust 2020 480
Ana səhifə Xəbərlər

Sumqayıtda qəza olub - İKİ NƏFƏR XƏSARƏT ALIB

Sumqayıtda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA TV-nin məlumatına görə, hadisə şəhərin Sərvər Bədəlbəyli küçəsində qeydə alınıb. "Opel" markalı avtomobil yolu keçmək istəyən 2 piyadanı vurub. Qəza nəticəsində 1997-ci il təvəllüdlü Quliyev Sabir Hüseyn oğlu və 1998-ci il təvəllüdlü Fərzəliyev Elnur Nizami oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın