14:00 28 Fevral 2020 118
Ana səhifə Xəbərlər

Sumqayıtda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Sumqayıtda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA Tv-nin məlumatına görə, qəza şəhərin Sülh küçəsində şəhərin giriş hissəsində qeydə alınıb. Belə ki, hərəkətdə olan “Mercedes” markalı avtomobil qarşısındakı avtomobili ötmək istəyərkən qəza törədib.

Nəticədə “Mercedes”in sürücüsü idarəetməni itirərək yol kənarındakı işıq dirəyinə çırpılıb. İşıq dirəyi isə digər avtomobilin üzərinə aşıb. Hadisə nəticəsində “Mercedes”in sürücüsü xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın