16:40 07 Avqust 2020 581
Ana səhifə Xəbərlər

Sumqayıtda zavodda yanğın baş verdi – 7 NƏFƏR XƏSARƏT ALDI

SOCAR-ın “Azərikimya” İstehsalat Birliyinin Sumqayıt Etilen-polietilen zavodunda yanğın baş verib.

APA TV-nin məlumatına görə, şəhərin Səməd Vurğun küçəsində yerləşən zavodda baş verən yanğın Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri tərəfindən söndürülüb və digər ərazilərə keçməsinin qarşısı alınıb.

Yanğın zamanı orada işləyənlər – 1987-ci il təvəllüdlü Qadir Əliyev, 1986-cı il təvəllüdlü İlqar Qurbanov, 1965-ci il təvəllüdlü Nizami Hüseynov, 1981-ci il təvəllüdlü Murad Cəlilov, 1973-cü il təvəllüdlü Mehman Tağıyev, 1983-cü il təvəllüdlü Yalçın İbrahimov və 1988-ci il təvəllüdlü Xəyal Hüseynov xəsarət alıblar.

Həkim Adil Yusifovun sözlərinə görə, onlar əvvəlcə Sumqayıt Təcili Tibbi yardım Xəstəxanasına, oradan isə Bakıya Yanıq Mərkəzinə aparılıblar: “Sumqayıt şəhərində zavodda olan yanğınla əlaqədar Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasının zədə məntəqəsinə 7 xəstə müraciət etmişdir. Onlardan biri yüngül xəsarət olduğundan ilkin yardım göstərilib, sarğı olundu, ağrıkəsici vuruldu. Ambulator müalicəyə evə göndərildi. Digər 6 xəstə travma şöbəsinə yerləşdirildi. Altısına da ilkin yardım olundu, ağrıkəsicilər vuruldu, hamısının yanıq sahəsi təmizləndi, sarğı olundu. Təcili Tibbi Yardım stansiyasının müşayiəti ilə Bakı şəhərinə Yanıq mərkəzinə göndərildi”.

Baş vermiş hadisə ilə bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın