14:00 12 Fevral 2020 360
Ana səhifə Xəbərlər

Sumqayıtdan Çinə yardım göndərildi - KORONAVİRUSLA MÜBARİZƏ ÜÇÜN

Sumqayıt şəhər İcra Hakimiyyəti Sumqayıtla dostluq və əməkdaşlıq əlaqələri olan Çin Xalq Respublikasının Sian şəhərinə də tibbi ləvazimatlar göndərib.

APA TV-nin məlumatına görə, Sumqayıtla dostluq və əməkdaşlıq əlaqələri olan Çinin Mienyen və Sian şəhərlərindən Sumqayıt şəhər İcra Hakimiyyətinə müvafiq köməkliyin göstərilməsi ilə bağlı daxil olmuş müraciətlər əsasında bu şəhərlərə tibbi ləvazimatların göndərilməsi ilə bağlı qərar qəbul edilib.

Mienyen şəhəri ilə yanaşı, bu gün Çin Xalq Respublikasının Sian şəhərinə də tibbi ləvazimatlar göndərib.

Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən Sian şəhərinə 40 min ədəd maska, 50 min ədəd steril əlcək, 50 min ədəd 100 ml-lik spirt yola salınıb.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın