13:55 19 Aprel 2021 58
Ana səhifə Xəbərlər

Sürücü özünü pis hiss etdi, sərnişin avtobusu ağaca çırpıldı - BAKIDA

Bakıda yol- nəqliyyat hadisəsi baş verib.

APA TV xəbər verir ki, hadisə Xətai rayonu ərazisində yerləşən 147 nömrəli texniki-humanitar liseyinin qarşısında qeydə alınıb.

Belə ki, “BakuBus” MMC-nin istismarında olan 2 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkətdə olan “Iveco” markalı sərnişin avtobusu ağaca çırpılıb. Nəticədə 2 nəfər sərnişin xəsarət alıb.

“Sürücü idarəetməni itirdikdən sonra avtobus yol kənarındakı ağaca çırpılıb. Həmçinin piyadalar üçün nəzərdə tutulan səkinin üzərinə çıxıb. Xoşbəxtlikdən hadisə zamanı səkidə insanlar olmayıb”.

Hadisə şahidlərinin sözlərinə görə. sürücü qəzadan bir neçə dəqiqə öncə sərnişinlərə, özünü yaxşı hiss etmədiyini deyib. Qəza da bundan bir qədər sonra baş verib: “5,6 nəfər durub keçiddə söhbət edirdik. Qəfildən avtobus yoldan çıxdı, çırpıldı ağaca. Ağaca çırpılmasa hamımızı məhv edəcəkdi. Sonra qaçdıq kömək elədik. Bir qız dedi ağrıyıram, onu yol polisləri xəstəxanaya apardılar. Bir qadın var idi avtobusda. Onun sözlərinə görə, sürücü deyib ki, özümü yaxşı hiss eləmirəm, avtobusu dayandıracam, düşüb marşrutu dəyişərsiniz”.

Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım briqadası cəlb olunub. Qəzanın fəsadları aradan qaldırılıb. Xəsarət alan şəxslərin, eləcə də sürücünün vəziyyətinin yaxşı olduğu bildirilir.

Xələf Xələfov,

Əli Ələkbər,

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın