12:00 20 Sentyabr 2019 60
Ana səhifə Xəbərlər

Sürücü yatdı, sərnişin öldü - ŞƏMKİRDƏ AĞIR QƏZA

Şəmkirdə ölümlə nəticələnən ağır yol qəzası baş verib.

APA TV-nin qərb bürosunun məlumatına görə, hadisə rayonun Könüllü kəndi ərazisində qeydə alınıb.

Göygöl rayon sakini, 1957-ci il təvəllüdlü Müzəffər Üzeyir oğlu Şabanov sükanı arxasında olduğu “Chevrolet Niva” markalı avtomobildə idarəetməni itirib. Nəticədə minik maşını yoldan çıxaraq aşıb.

Qəza zaman “Chevrolet Niva” da olan sərnişin - 1969-cu il təvəllüdlü Asif Cəfərov hadisə yerində keçinib. Xəsarət alan sürücü isə Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Yaralının vəziyyəti orta ağır olaraq qalır.

Qəzaya düşənlər Kürdən balıq ovundan qayıdıblar. Hadisəyə səbəb isə sürücünün sükan arxasında yuxulaması olub.

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın