10:40 10 Sentyabr 2019 147
Ana səhifə Xəbərlər

Tələbəyə 15 bıçaq vurdular - MİNGƏÇEVİRDƏ

APA TV-nin yerli bürosunun məlumatına gör, hadisə şəhərin Heydər Əliyev prospekti, P 80/25 ünvanında baş verib.

Həmin ünvanda bir qrup şəxs 2000-ci il təvəllüdlü ərazi sakini Məmmədov Adil Rza oğlunu çağıraraq aralarında olan anlaşılmazlığı mübahisə və münaqişəyə çevirib. Münaqişə davaya çevrilib və Adil Məmmədov döyülərək bıçaqlanıb. Ona qol, kürək, baş və digər nahiyələrindən müxtəlif dərəcəli bədən xəsarətləri yetirilib. Yaralı gənc xəstəxanaya çatdırılıb. İlkin müayinə zamanı ona 15-ə qədər bıçaq xəsarəti yetirildiyi məlum olub. Yaralı əməliyyat olunub və durumu stabilləşib. Cərrah Telman Osmanov bıçaq zərbələri çox olsa da, dərinə işləmədiyini bildirib. Bu səbəbdən də əməliyyat sonrası gəncin durumu stabilləşib.

Qeyd edək ki, Adil Məmmədov Bakıda kolleclərdən birinin sonuncu kurs tələbəsidir. Yevlax rayonunun Havarlı kəndində qeydiyyatda olsa da, Mingəçevirdə məskunlaşıb. Münaqişənin səbəbi bilinmir.

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın