22:00 03 Dekabr 2019 48
Ana səhifə Xəbərlər

Temperatur kəskin enir - GÜCLÜ KÜLƏK VƏ QAR

Dekabrın 4-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-qərb küləyi güclü şimal-qərb küləyi ilə əvəz olunacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən APA TV-yə bildirilib ki, havanın temperaturu Abşeron yarımadasında gecə 5-8, gündüz 10-13, Bakıda gecə 5-7, gündüz 11-13 dərəcə isti olacaq.

Bölgələrdə havanın əsasən yağmursuz olacağı, lakin axşam bəzi yerlərdə yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq, qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 2-6, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti olacaq.

Bakıda və Abşeron yarımadasında dekabrın 4-dən 5-i axşamadək cənub-qərb küləyinin güclü şimal-qərb küləyi ilə əvəz olunacağı, temperaturun 3-5 dərəcə aşağı enəcəyi gözlənilir.

Bölgələrdə dekabrın 4-ü axşamdan dekabrın 6-dək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclü olacaq. Havanın temperaturu dekabrın 5-də 3-5 dərəcə aşağı enəcək.

Hava dəyişkənliyi əsasən Abşeron yarımadası ərazisində yaşayan meteohəssas insanlarda narahatlıq yarada bilər.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın