15:31 03 İyul 2020 529
Ana səhifə Xəbərlər

Tərtərdə dəhşətli qətl – 2 YAŞLI KÖRPƏ DÖYÜLƏRƏK ÖLDÜRÜLDÜ

Tərtərdə 2 yaşlı uşaq qətlə yetirilib.

APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə rayonun Hacıqərvənd kəndində qeydə alınıb. 2 yaşlı kənd sakini Ömər Təhmasib oğlu Ağazadə aldığı xəsarətlərdən, xüsusilə başından aldığı zərbələrdən yerləşdirildiyi xəstəxanada həyatını itirib.

Ömərin babası Eldəniz Abbasovun sözlərinə görə, 2 yaşlı körpəni qəddarcasına öldürən Tərtər rayon sakini, 32 yaşlı Elmir Hüseynov oğlunun evinə gəlib. Burada düşən mübahisə zəminində o, evin qapı-pəncərəsini sındırıb. Ömərin anası evdən qaçmağı bacarıb. Övladının evdə qaldığını görən ana əlinə götürdüyü kürəklə geri qayıdıb. Lakin Elmar həmin kürəyi qadının əlindən alaraq ona və övladına xəsarətlər yetirib: “Dünən gəlib evə, qapı-pəncərəni qırıb. Gəlini döymək istəyəndə, gəlin pəncərədən qaçıb. Sonra gəlinin əlindən kürəyi alıb, onunla uşağı vurub öldürüb. Qohumuq, amma aramızda heç bir narazılıq olmayıb”.

Faktla bağlı cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin olunub. Elmir Hüseynov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın