12:06 16 Yanvar 2021 54
Ana səhifə Xəbərlər

Tərtərdə qayda pozuntusuna yol verən 7 nəfər cərimələnib

Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən koronavirus pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə genişmiqyaslı tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətinin Bərdə Regional qrupundan APA TV-yə verilən məlumata görə, bu istiqamətdə keçirilən əməliyyat zamanı Tərtərdə qanunsuz olaraq fəaliyyət göstərən kompüter oyun zalı aşkar olunub.

Qayda pozuntusuna yol verən obyektin icarədarı və ümumilikdə 7 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib edilib və onlar cərimə olunublar.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın