11:32 30 Noyabr 2020 146
Ana səhifə Xəbərlər

Tərtərdən Suqovuşan kəndinə çəkiləcək yol minalardan təmizlənir

Noyabrın 26-29 tarixlərində Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinə (ANAMA) Ağcabədi, Ağdam, Bərdə, Füzuli və Tərtər rayonları ərazisində mərmilərin aşkar olunması barədə Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən – 49 və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən – 4 müraciət daxil olub.

ANAMA-dan APA TV-yə verilən məlumata görə, daxil olan 53 çağırış əsasında agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə 47 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirilib.

Aparılan əməliyyat-axtarış tədbirləri zamanı 19 ədəd partlamamış hərbi sursat (PHS), 48 ədəd tank əleyhinə mina, 59 ədəd piyada əleyhinə mina, 5 ədəd tank əleyhinə minanın partladıcısı və 42 ədəd partlamış mərmi qalıqları aşkar olunub.

Tərtər rayonundan Suqovuşan kəndinə çəkiləcək avtomobil yolunun mina və partlamamış hərbi sursatlardan (PHS) təmizlənilməsi əməliyyatı da davam edir. Əməliyyat nəticəsində 76 ədəd tank əleyhinə mina, 118 ədəd piyada əleyhinə mina, 6 ədəd tank əleyhinə minanın partladıcısı, 6 ədəd partlamamış hərbi sursat (PHS) (cəmi: 206 ədəd) aşkar edilərək zərərsizləşdirilib.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın