12:40 28 Sentyabr 2019 57
Ana səhifə Xəbərlər

Timsah dərisindən çanta, ipək libaslar... - “EL SƏNƏTİ”NDƏ ƏL İŞLƏRİ SATILIR

Bakının incisi, bizim gözlərimizlə gördüyümüz qədimlik - İçərişəhər. Bu gün burda başqa-bir ab-hava var. Günəş, payız mehi, maraqla ora-bura baxan turistlər və 30 müsəlman ölkəsindən gələn iştirakçıların qatıldığı sərgi.

Bakı da “El sənəti” I Bakı Beynəlxalq Ənənəvi Sənətkarlıq Festivalının açılış mərasimi keçirilib.

“El sənəti” I Bakı Beynəlxalq Ənənəvi Sənətkarlıq Festivalı “İçərişəhər” və İslam Tarixi, Mədəniyyəti və İncəsənəti Araşdırma Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutub.

Festivalda qonaqlar sənətkarlıq nümunələri ilə tanış olub. Fürsətdən istifadə edib, iştirakçıların da, qonaqların da fikrini öyrəndik: “Mən ilk dəfə BƏƏ-də belə bir sərgidə iştirak etmişəm. Xoşuma gəlmişdi. Bakıda keçiriləcəyini bilən kimi üz tutdum “İçərişəhər”ə. Gözəl təşkil olunub. Müxtəlif nümunələr var ki, onlar sırf əl işidir. Bunlar timsah dərisindən hazırlanıb, alıb hədiyyə etmək istəyirəm”.

“Bu cür sərgilərdə iştirak etmək bizim üçün əhəmiyyətlidir. İncəsənət sərgisi qədər dəyərlidir. Müxtəlif ölkələrin mədəniyyətinə bir baxışdır”.

“Bu festival həm ölkəmizin tanıdılması, həm də sənətkarlarımızı tanıtmaqdır. Həftəsonu olması lap ürəyimizdən oldu. Əl ilə toxunan xalçalara marağım böyükdür. Burda da hər bir məhsul məhz əl əməyinin nəticəsidir”.

“Dörd ildir bu sərgidə öz əl işimi təqdim edirəm. Çox önəmli bir sərgidir. Şüşə üzərində rəsm işləyirəm və sərgidə yaxşı alıcı kütləsi olduğu üçün əlverişli qiymətə satıram. Bizim üçün həm maddi, həm də mənəvi köməkdir. Maraq da çoxdur”.

Açılış mərasimində Mədəniyyət naziri Əbülfəz Qarayev, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruq İdarəsinin (DTMQİ) rəisi Əsgər Ələkbərov, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə, Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral, İslam Tarixi, Mədəniyyəti və İncəsənəti Araşdırma Mərkəzinin (IRCICA) baş katibi Xalid Ərən iştirak ediblər.

Şeyxülislam Hacı Allahşükür Paşazadə isə festivalların insanları birləşdirdiyini bildirib:

"Bir şeyx kimi İçərişəhərin dünənini də görmüşəm, bu gününü də görürəm. Mən İslamı təmsil etdiyimə görə, demək istərdim ki, müstəqillik illərində İslama çox böyük dəyər verilib. Buna görə mən ilk növbədə ölkə başçısı İham Əliyevə, sonra isə Heydər Əliyev Fondunun prezidenti, 1-ci Vitse-prezident Mehriban Əliyevaya təşəkkürümü bildirirəm. İlham Əliyev Nəsimini bütün dünyada tanıtdı".

Xatırladaq ki, festival Azərbaycanda qeyd olunanNəsimi iliilə bağlı keçiriliroktyabrın 4-dək davam edəcək

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın