04:00 13 Yanvar 2020 317
Ana səhifə Xəbərlər

 “Topuş” və “Paşa” ələ keçdi: saxta pul, silah, “şüşə” - “BANDAOTDEL” TUTDU

Saxta pulları dövriyyəyə buraxmaq istəyən dəstə ifşa olunub.

APA TV-nin Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumatına görə, Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin Xaçmaz və Sumqayıt Xətt Polisi əməkdaşları paytaxt sakini Heydər Heydərovu Hacı Zeynalabdin Tağıyev qəsəbəsi ərazisində saxlayıb.

Ondan 14 min 100 manat saxta əsginas götürülüb. Əvvəllər də məhkumluq yaşayan şəxs həmin dırnaqarası “pulları” 1500 manata satmaq istəyib: “Heydər Heydərovun saxta əsginasları tanışı - paytaxt sakini, əvvəllər məhkum olunmuş Pərviz Məmmədovla birlikdə hazırladığı məlum olub. P.Məmmədovun üzərində odlu silah-sursat gəzdirməsi barədə əməliyyat məlumatı daxil olduğundan, onun saxlanılmasında Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları da iştirak edib. P.Məmmədovun yaşadığı evə baxış zamanı saxta pulların hazırlanması zamanı istifadə etdikləri printer və digər avadanlıqlar, həmçinin 1 ədəd “AKSU 74” markalı avtomat silah və ona məxsus 5 ədəd patron, eləcə də psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülüb”.

P.Məmmədov bildirb ki, silah-sursat və metamfetaminin ona aiddir, saxta pulları isə H.Heydərovla birlikdə hazırlayıblar.

Faktla bağlı cinayət işi başlanıb.


Qeyd edək ki, saxlanılanlar cinayət törətməyə meyllidir. Heydər Heydərovun “Topuş”, Pərviz Məmmədovun isə “Paşa” ləqəbi ilə müxtəlif hüquqazidd əməllər törətdiyi ehtimal olunur.

Bu şəxslərin əməllərindən zərərçəkən varsa, polisə müraciət edə bilər.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın