02:00 14 Dekabr 2019 157
Ana səhifə Xəbərlər

“Torqovı” xuliqanlarının əsas planı nə olub - DİN-DƏN AÇIQLAMA

Bakıda bıçaqla insanlara hücum edən şəxslərin ondan əvvəl oğurluğa cəhd etməsi sübuta yetirilib.

APA TV-nin Daxili İşlər Nazirliyinə (DİN) istinadən məlumatına görə, “Torqovı”da asayişi pozub, polisi təhdid edən Yevlax sakinləri - əvvəllər məhkumluq həyatı yaşayan Yasin Abdullayev və Mahmud Məmmədovdur.

Həmin gün - dekabrın 12-də saat 19:00-da paytaxtın Üzeyir Hacıbəyov küçəsində yerləşən marketə girən şəxslər onların oğurluq etmək istədiyini başa düşən əməkdaşlara da bıçaq çəkərək uzaqlaşıblar.

Polisin onların izinə düşməsindən sonra isə Fəvvarələr meydanındakı hadisə baş verib.

Qeyd edək ki, Yasin Abdullayevlə “Maho” ləqəbi ilə tanınan Mahmud Məmmədov qohumdur.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.


Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın