23:33 03 Mart 2021 49
Ana səhifə Xəbərlər

Tovuz “ASAN Həyat” kompleksinin açılışından bir il ötür

Tovuz “ASAN Həyat” kompleksinin açılışından bir il ötür. Fəaliyyət göstərdiyi müddət ərzində iki yüz mindən çox vətəndaşa xidmət göstərən 20 “Asan Xidmət” mərkəzindən biri olan Tovuz Regional Asan Xidmət mərkəzində müxtəlif dövlət orqanları, həmçinin özəl şirkət və müəssisələr tərəfindən 300-dən çox xidmət həyata keçirilir.

APA TV xəbər verir ki, bu günədək “ASAN xidmət” mərkəzlərinə 7.300.000-dən çox vətəndaşın 42 milyondan artıq müraciəti daxil olub. Bakı, Gəncə və Sumqayıtda növbəti, Lənkəran, Salyan və Naxçıvanda isə ilk “ASAN xidmət” mərkəzləri inşa olunur. 2021-ci ildə Bakıda daha 2 “ASAN xidmət” və 1 “ASAN Kommunal” mərkəzinin açılışı planlaşdırılır.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın