12:00 22 Avqust 2019 371
Ana səhifə Xəbərlər

Tovuz sakini atasını öldürdü - PENSİYA KARTINA GÖRƏ

Tovuzda qətl hadisəsi törədilib. APA TV-nin qərb bürosunun məlumatına görə, hadisə Aşağı Quşçu kəndində qeydə alınıb. Kənd sakini 49 yaşlı Rasim Məsimov mübahisə zəminində atası 83 yaşlı Müzəffər Məsimovun başına çəkiclə bir neçə dəfə zərbə endirərək onu amansızcasına qətlə yetirib. İlkin məlumata görə, hadisəyə səbəb Rasim Məsimovun atasından pensiya kartını istəməsi olub. Atasını öldürdükdən sonra qohumları gilə gedərək hadisəni onlara danışıb. Hadisə baş verən zaman ailənin digər üzvləri kənddə yas mərasimində olub. Faktla bağlı Tovuz rayon Prokurorluğunda araşdırma aparılır.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın