21:23 26 İyun 2020 1129
Ana səhifə Xəbərlər

Tovuzda ağır qəza: Ata öldü, oğul yaralandı

Tovuzda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA TV-nin yerli bürosunun məlumatına görə, rayonun Məşədilər kəndində “VAZ-21011” markalı minik maşını ilə “KamAZ” markalı yük maşını toqquşub. Nəticədə 1 nəfər ölüb, 1 nəfər isə xəsarət alıb.

Ölən şəxs minik avtomobilinin sürücüsü, 1974-cü il təvəllüdlü Həsənov Haqverdi Qurban oğludur. Xəsarət alan isə onun övladı, 2005-ci il təvəllüdlü Həsənov Murad Haqverdi oğludur.

Hadisə yerinə DYP əməkdaşları və təcili tibbi yardım briqadası cəlb olunub.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın