15:24 05 Avqust 2020 308
Ana səhifə Xəbərlər

Tovuzda azyaşlını maşın vurdu

Tovuzda piyadanın vurulması ilə nəticələn yol nəqliyyat hadisəsi baş verib.

APA TV xəbər verir ki, hadisə rayonun Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki, 2009-cu il təvəllüdlü Əli Ayvazov yolu keçmək istəyən zaman onu hərəkətdə olan “VAZ-2107” markalı minik maşını vurub. 11 yaşlı uşaq xəstəxanaya yerləşdirilib. Həkimlərin sözlərinə görə, onun vəziyyəti kafidir.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın