21:57 28 Fevral 2021 73
Ana səhifə Xəbərlər

Tovuzda baş verən yanğında bir nəfər xəsarət alıb

Tovuzda yanğın hadisəsi baş verib.

APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə rayonun Bozalqanlı kəndində qeydə alınıb. Kənd sakini Sahib Həsənova məxsus 80 olan birmərtəbəli evdə anidən yanğıb başlayıb. Dərhal hadisə yerinə FHN-nin yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub. Evin yanar konstruksiyaları yanıb, qalan hissəsi yanğından mühafizə olunub. Yanğın zamanı ev sahibinin qızı Nigar Həsənova müxtəlif yanıq xəsarətləri alıb. Yanıq xəsarəti alan Nigar Həsənova xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta ağır olduğu bildirilir. İlkin məlumata görə yanğın, elektrik naqillərində yaranan qısa qapanmadan baş verib.

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın