00:26 20 Yanvar 2021 81
Ana səhifə Xəbərlər

Tovuzda karantin rejimini pozanlara qarşı reyd keçirilib

Tovuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən xüsusi karantin rejim qaydalarının təmin olunması istiqamətində tədbirlər davam etdirilir. Əfsuslar olsun görülən bu tədbirlərə baxmayaraq bəzi sahibkarlar və vətəndaşlar fəaliyyətlərini davam etdirməyə çalışırlar.

APA TV-nin yerli bürosunun xəbərinə görə, Tovuzda polis əməkdaşlarının rayonun müxtəlif yerlərində keçirdikləri reydlər zamanı hələ də açıq və ya gizli şəkildə fəaliyyətini davam etdirən iaşə və ticarət obyektlərinə rast gəlinib. Reyd zamanı fəaliyyət göstərən çay evi, ticarət obyektləri aşkarlanıb. Çəkiliş zamanı maskadan düzgün istifadə etməyənlərə də rast gəlindi. Belə ki onlar yalnız kameranı gördükdən sonra masqa taxmalı olduqlarını xatırladılar. Karantin rejiminin qaydlarını pozanlar isə müxtəlif bəhanələr gətirməyə çalışıb.

Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə cərimə protokolları tərtib olunub və təyin olunmuş qaydalara riayət etmələri barədə profilaktik söhbətlər aparılıb. Obyektlərin bağlanması təmin edilib.

Tovuz polisi rayon ərazisində müvafiq reydləri davam etdirir.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın