12:00 22 Fevral 2020 231
Ana səhifə Xəbərlər

Tovuzda məktəbli dərs vaxtı bıçaqlandı – VƏZİYYƏTİ AĞIRDIR

Tovuzda şagird dərs vaxtı məktəb yoldaşı tərəfindən bıçaqlanıb.

APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə rayonun Dönük Qırıxlı kənd tam orta məktəbində qeydə alınıb.

Məktəbin 10-cu sinif şagirdi, 2003-cü il təvəllüdlü Rəvan Qarayev aralarında yaşanan mübahisə zəminində məktəbin 11 sinif şagirdi Kamil adlı məktəbli tərəfindən bıçaqlanıb.

Tovuz rayon mərkəzi xəstəxanasına yerləşdirilən yaralı daha sonra Qazax rayon Diaqnostika Mərkəzinə aparılıb. Vəziyyəti ağır olduğundan o, daha sonra Gəncə şəhərində yerləşən özəl xəstəxanaların birini yerləşdirilib.

Rəvan Qarayevin anası Aynurə Bayramovanın sözlərinə görə, vladını məktəb yoldaşı dərs vaxtı bıçaqlayıb.

Bıçaqlanan məktəblinin dayısı Mahir Hüseynov deyir ki, Rəvanı bıçaqlayan şəxsin anası da həmin məktəbdə işləyir.

Məktəblinin nənəsi Rəna Mehralıyevanın sözlərinə görə, bu, nəvəsini bıçaqlayan Kamilin məktəbdə törətdiyi ilk hadisə deyil.

0Dönük Qırıxlı kənd tam orta məktəbinin müəllimi Arzu Abdıyeva Rəvanın tərbiyəli və əxlaqlı şagird olduğunu deyir. Onun sözlərinə görə, Kamil dərs vaxtı Rəvanı aldadaraq məktəbin yaxınlığındakı kluba aparıb və hadisə də orda baş verib.

Rəvanı bıçaqlayan məktəblinin valideyini də xəstəxanaya baş çəkib. Lakin o, hadisə barədə danışmaq istəməyib. Faktla bağlı Tovuz rayon polis şöbəsində araşdırmalara başlanıb.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın