17:20 23 Yanvar 2021 102
Ana səhifə Xəbərlər

Tovuzda qanunsuz fəaliyyət göstərən çay evi və iaşə obyektləri aşkarlanıb

Tovuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən xüsusi karantin rejim qaydalarının təmin olunması istiqamətində tədbirlər davam etdirilir.


APA TV-nin qərb bürosunun xəbərinə görə, Tovuzda polis əməkdaşlarının rayonun müxtəlif yerlərində keçirdiyi reydlər zamanı qanunsuz fəaliyyət göstərən çay evi və iaşə obyektləri aşkarlanıb.


Karantin rejiminin qaydalarını pozanlar müxtəlif bəhanələr gətirməyə çalışıb. Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə cərimə protokolları tərtib olunub və təyin olunmuş qaydalara riayət etmələri barədə profilaktik söhbətlər aparılıb. Obyektlərin bağlanması təmin edilib.


Fuad Nazimoğlu
APA TV Tovuz

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın