16:14 08 Mart 2021 60
Ana səhifə Xəbərlər

Tovuzda sahibsiz itlər heyvan sürüsünə hücum edib

Tovuzda sahibsiz itlər vətəndaşa məxsus heyvan sürüsünə hücum edib.

APA TV xəbər verir ki, hadisə rayonun Yuxarı Mülkülü kəndində qeydə alınıb. Kənd sakini Fərzalı Süleymanov otlaq sahəsində heyvan otararkən xirdabuynuzlular qəfildən çağırılmamış qonaqların hücumuna məruz qalıb. Nəticədə itlər 13 heyvana zərər vurub. Dörd heyvan tamamilə tələf olub.

Yaralı heyvanlar rayon baytarlıq idarəsinin əməkdaşları tərəfindən müayinəyə götürülüb.

Sakinlər bildirirlər ki, heyvanlar kənd ərazisində tez-tez sahibsiz itlərin hücumuna məruz qalırlar.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın