01:20 20 Fevral 2020 130
Ana səhifə Xəbərlər

Tovuzda usta təkərin partlaması nəticəsində ölüb

Tovuzda bədbəxt hadisə baş verib.

APA Tv–nin yerli bürosunun məlumatına görə, hadisə rayounun Əyyublu kəndində qeydə alınıb. Belə ki, yol kənarında avtomobil təkər təmiri sexində işləyən, 52 yaşlı İlham Əlirzayev ağır tonnajlı yük avtomobilinin təkərini təmir edərkən şin partlayıb. Partlayış zamanı onun başı dəmir dirəyə çırpılıb. Nəticədə o baş nahiyəsindən aldığı xəsarətlərdən yerindəcə dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın