23:20 14 İyul 2020 259
Ana səhifə Xəbərlər

Tovuzun Ağdam kəndində dinc sakinin vurulduğu evdən REPORTAJ

İyulun 12-dən etibarən Ermənistan silahlı qüvvələri Tovuz rayonunun Ağdam kəndini hədəf seçib.

APA TV-nin çəkiliş qrupu hazırda cəbhənin ön xətti sayılan Ağdam kəndində olub.

Hazırda biz Ağdam kəndindəyik .Bu gün günorta saatlarından başlayaraq düşmən kəndi yenidən iriçaplı silahlardan atəşə tutmağa başlayıb. Atəş nəticəsində gördüyünüz evə mərmi düşüb. Ev yararsız hala gəlib, ev sahibi hadisə yerində dünyasını dəyişib.

Düşmən tərəfindən açılmış artilleriya atəşi nəticəsində həlak olan kənd sakini, 76 yaşlı Əziz İzzət oğlu Əzizovdur. Məlumata görə, hadisə baş verən zaman yaşlı kişi evdə tək olub.

Hadisədən ilk xəbər tutan Əziz kişinin qudası Gülnaz Bağırova olub. Onun sözlərinə görə, düşmən növbəti dəfə kəndi atəşə tutmağa Əziz Əzizovdan başqa hamı evi tərk edib. Onlar çölə çıxıb kənarda gizləniblər. Geri qayıdanda isə bu gördüyünüz mənzərənin şahidi olublar.

Ağdam sakinləri bildirir ki, düşmən nə qədər intensiv atəş açsa belə, kəndi tərk etməməkdə qərarlıdırlar. Kənd sakini Mətləb Orucovun sözlərinə görə, doğma yurddan kənarda yaşamağı ağıllarının ucundan da keçirmirlər.

Ağdam kənd sakinləri güclü Azərbaycan dövlətinin, onun qətiyyətli Prezidentinin və müzəffər ordusunun sayəsində bu çətin günlərin tezliklə bitəcəyinə əmindir.

Fuad Nazimoğlu

Mehdi Məmmədov

APA Tovuz

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın