16:40 15 Fevral 2020 623
Ana səhifə Xəbərlər

Toydan gələn avtomobil aşdı- 1 ÖLÜ, 3 YARALI

Ağstafa rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA Tv-nin qərb bürosu xəbər verir ki, avtoqəza rayonun Kor Xəlifəli kəndində qeydə alınıb. Məlumata görə, "VAZ 2106" markalı minik maşını yoldan çıxaraq aşıb. Nəticədə sərnişinlərdən biri - 1959-cu il təvəllüdlü İsmayılova Sara Əsəd qızı dünyasını dəyişib. Avtomobildə olan digər 3 nəfər - 1987-ci il təvəllüdlü İsmayılova Gülnar Malik qızı, 1986-cı il təvəllüdlü İsmayılov Fərrux Şöhrət oğlu və 2013-cü il təvəllüdlü İsmayılov Turxan Fərrux oğlu xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki qəza düşənlər bir aillənin üzvləri olub.Onlar qohumların xeyir işindən gəlirlərmiş.

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın