06:00 13 Noyabr 2019 57
Ana səhifə Xəbərlər

Türkiyə Azərbaycana 29 nəfər İŞİD-çi göndərir

Türkiyədən deportasiya ediləcək əcnəbi İŞİD-çilərin sayı açıqlanıb.

APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, ölkədən çıxarılacaq 959 əcnəbi İŞİD üzvündən 29 nəfəri Azərbaycan vətəndaşıdır.

Deportasiya ediləcək İŞİD-çilərin arasında həmçinin terror təşkilatına sarsıdıcı zərbələr vuran ABŞ, uzaq Avstraliya, “planetin ən xoşbəxt ölkələri” sıralamasında ön yerləri tutan Danimarka, hətta qruplaşmanı özünün 1 nömrəli düşməni elan edən İrandan da insan var.

Əcnəbilərdən cəmi 1 nəfərin vətəndaşlığı yoxdur. 2 nəfərin isə hansı ölkənin vətəndaşı olduğu müəyyən olunmayıb.

147 azyaşlı valideynlərini Suriyadakı döyüşlərdə itirib.

İŞİD-çilər bu ayın sonuna kimi ölkələrinə göndəriləcək.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın