13:30 08 Aprel 2021 84
Ana səhifə Xəbərlər

Türkiyə ilə birgə təlimlər başladı – MN VİDEOGÖRÜNTÜ YAYDI

Azərbaycan və Türkiyə ordularının əməliyyat-taktiki təlimləri başlayıb.

Müdafiə Nazirliyindən APA TV-yə verilən məlumata görə, təlimlər Azərbaycan Ordusunun hərbi birliklərinin cavabdehlik zonalarının müxtəlif istiqamətlərində yerləşən ümumqoşun poliqonlarında keçirilir.

Təlimlərin əsas məqsədi Azərbaycan və Türkiyə ordularının əməliyyat bölmələrinin qarşılıqlı fəaliyyətinin təkmilləşdirilməsi və döyüş qabiliyyətinin yüksəldilməsi, əməliyyat bölmə komandirlərinin hərbi qərar qəbuletmə, təşəbbüs göstərmə və idarəetmə bacarıqlarının inkişaf etdirilməsidir.

Təlimlər aprelin 9-na kimi davam edəcək.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın