05:48 14 Yanvar 2021 39
Ana səhifə Xəbərlər

Türkiyədə Çin istehsalı olan vaksinin kütləvi istifadəsi təsdiqlənib

Türkiyə Əczaçılıq və Tibbi Cihaz Agentliyi Çinin “Sinovak” əczaçılıq korporasiyası tərəfindən hazırlanmış “Coronavak” inaktiv vaksinin Türkiyədə kütləvi istifadəsini təsdiqləyib.

APA TV-nin xəbərinə görə, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca mətbuat konfransında bildirib.

Nazir deyib ki, sabahdan başlayaraq ölkədə öncə tibb işçiləri olmaqla peyvəndləməyə kütləvi start veriləcək.

Peyvəndləmə prosesinin şəffaflığına xüsusilə diqqət ediləcəyini deyən nazir yeni növ koronavirusa (COVID-19) qarşı özünün də peyvənd olunacağını deyib və dövlət rəsmilərinin peyvənd olunması nümunəsinə geniş yer veriləcəyini bildirib.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın