15:20 25 Yanvar 2020 915
Ana səhifə Xəbərlər

Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 14-ə çatıb – 300 YARALI VAR

Türkiyədə 6,8 bal gücündə baş verən zəlzələ nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb.

APA Tv xəbər verir ki, yaralıların sayının 300 nəfərdən çox olduğu bildirilir.

Türkiyənin Daxili işlər naziri Süleyman Soylu bildirib ki, zəlzələnin episentrinin baş verdiyi Silivricədə və Pötürgə rayonunda 10 binada dağıntı olub.

Elazığın Mədən rayonunda 5 mərtəbəli yaşayış binası çöküb.

Xilasedici qurumlar dağıntı altında qalan insanları çıxarmağa çalışır.

Qeyd edək ki, Türkiyənin rəsmi mənbələrin açıqlamasında Malatyada 6, Elazığda isə 8 nəfərin öldüyü qeyd edilib.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın