17:56 24 Oktyabr 2020 145
Ana səhifə Xəbərlər

Türkiyəli jurnalistlər Gəncəyə səfər edib

Bir qrup türkiyəli jurnalist bu gün Gəncəyə səfər edib.

APA TV-nin yerli bürosunun xəbərinə görə, Türkiyənin “Takvim” qəzetindən Əkrəm Kızıltaş, "Akit" qəzeti və televiziyasının Ankara təmsilçisi Hacı Yakışıklı, “İnternet Haber” yayım qrupunun sahibi və rəhbəri Hadı Özişık, “Kanal D”-nin Ankara təmsilçisi Ercan Gürses Gəncədə Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə tutulan ərazilərə baş çəkib.

Səfərin məqsədi cəbhə zonasından kənarda yerləşən Azərbaycanın ikinci böyük şəhəri Gəncənin mərkəzi hissəsində Ermənistan silahlı qüvvələrinin raket hücumlarının səbəb olduğu cinayət izləri ilə yerində tanış olmaqdır. Hadisə barədə qonaqlara məlumatlar verilib.

Bildirilib ki, Ermənistan silahlı qüvvələri Azərbaycan əhalisinin sıx yaşadığı məntəqələri, infrastrukturu, mülki obyektləri, o cümlədən fərdi və çoxmənzilli yaşayış binalarını, təsərrüfatları ağır artilleriya qurğularından və raketlərdən intensiv atəşə tutaraq mülki obyektlərə ciddi ziyan vurub. Oktyabrın 11-də düşmənin məqsədli şəkildə şəhərin mərkəzi hissəsində yerləşən çoxmənzilli yaşayış binalarını ağır artilleriyadan – SCUD raketlərindən atəşə tutması nəticəsində 5-i qadın olmaqla, 10 nəfər həlak olub. 10-u qadın, 9-u azyaşlı olmaqla, 40-dək insan yaralanıb. Ondan artıq çoxmənzilli binaya və 100-dən çox müxtəlif təyinatlı obyektə ziyan dəyib.

Qeyd olunub ki, Ermənistan silahlı qüvvələrinin oktyabrın 17-də gecə saat 1:00 radələrində Gəncənin mərkəzi hissəsini raket atəşinə tutması nəticəsində 15 nəfər həlak olub, 50-dən artıq şəxs yaralanıb.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın