13:50 12 Avqust 2020 1235
Ana səhifə Xəbərlər

Türkiyənin geniş tərkibdə hərbi nümayəndə heyəti Azərbaycana gəlir

Bu gün Türkiyə Respublikasının Milli Müdafiə naziri cənab Hulusi Akar, Baş Qərargah rəisi ordu generalı Yaşar Güler, qoşun növü komandanları və digər yüksək rütbəli zabitlər Azərbaycana səfərə gəlir.

Müdafiə Nazirliyindən APA TV-yə verilən məlumata görə, Türkiyənin geniş tərkibdə hərbi nümayəndə heyəti Azərbaycan-Türkiyə quru qoşunları və hərbi hava qüvvələrinin birgə döyüş atışlı taktiki və taktiki-uçuş təlimlərinin Yüksək Səviyyəli Müşahidəçi günü çərçivəsində təlimlərin birinci mərhələsinin son epizodunu izləyəcək.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın