06:40 26 Yanvar 2020 265
Ana səhifə Xəbərlər

Türkiyənin zəlzələ bölgəsindəki həmyerlilərimiz Azərbaycanda - TƏXLİYYƏ BAŞA ÇATDI

Türkiyədə zəlzələ zonasında təhsil alan tələbələrimizin və digər Azərbaycan vətəndaşlarının təxliyyəsi başa çatıb. Azərbaycanın Türkiyədəki Səfirliyindən APA TV-yə verilən məlumata görə, bu gün zəlzələ zonası Elazığ və Malatyadan yola salınan üçüncü avtobus da artıq Sədərək gömrük-keçid məntəqəsindən Naxçıvana keçib. Təxliyyə olunan vətəndaşlarımız Naxçıvana aeroportindan xüsusi təyyarə ilə Bakıya yola salınacaqlar. Azərbaycanın Qars Baş Konsulluğundan bildirilib ki, bu gün səhər saatlarında 3 avtobus İğdırda konsulluq əməkdaşları tərəfindən qarşılanıb və Naxçıvan sərhədinə yola salınıb. Qeyd edək ki, Prezident İlham Əliyev Türkiyədə azərbaycanlı tələbələrin zəlzələ zonasından təxliyəsi ilə bağlı tapşırıq verib. Xatırladaq ki, yanvarın 24-də yerli vaxtla 20.55-də Türkiyənin Elazığ vilayətinin Sivricə rayonunda 6,8 bal gücündə zəlzələ olub.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın