17:58 17 Yanvar 2021 74
Ana səhifə Xəbərlər

TÜRKSOY və TDƏŞ nümayəndələri Ağdam və Füzuliyə səfər edib

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) nümayəndə heyəti Ağdamın işğaldan azad olunan ərazilərinə səfər edib.

APA TV-nin Qarabağ bürosunun məlumatına görə, qonaqlar Ermənistanın dağıtdığı Ağdamda şəhərinin xarabalıqları ilə tanış olublar və Ağdam Cümə məscidinə gediblər.

Nümayəndə heyətinə TDƏŞ-in baş katibi Bağdat Amreyev, TÜRKSOY-un baş katibi Düsen Kaseinov, Türk Mədəniyyət və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, TDƏŞ baş katibinin müavini Qismət Gözəlov, XİN-in İkinci Avropa idarəsinin müavini Zamin Əliyev, TDƏŞ-in layihə direktoru Fərrux Cumayev, Bobur Tagayev, TÜRKSOY-un əməkdaşı Elçin Qafarlı, Türk Mədəniyyət və İrsi Fondunun əməkdaşı Afət Kazımbəyli və digər şəxslər daxildir.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) nümayəndələri Ağdam şəhərində Cümə Məscidində olduqdan sonra, Ağdam Dram Teatrının qalıqları ilə də tanış olublar. Qonarlar çörək muzeyinə də baş çəkib.

TÜRKSOY-un baş katibi Düsen Kaseinov jurnalistlərə bildirib ki, o arzu edir ki, Ağdamda türk mədəniyyətinin dağıdılan qədim abidələri bərpa olunsun:

“Əsrlər boyu Azərbaycan xalqının və türk xalqlarının yaratdığı sivilizasiyanın burada necə ölməyini gördükdə hiss edilən duyğuları çatdırmaq çətindir. Mən əvvəlcə də Azərbaycan Respublikasının Prezidenti hörmətli İlham Əliyevə təbrik məktubu göndərmişdim. O zaman da bildirmişdim ki, işğal dövründə dağıdılmış bütün tarixi və mədəni irsimizin qısa zaman ərzində bərpa ediləcəyinə inanıram. İndidə onu arzulayıram. Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının nümayəndələri də mədəni irsimizin qısa zaman ərzində bərpa edilməsində öz dəstəyini göstərəcək. Burada baş verən vəhşilik yalnız Azərbaycana qarşı deyil, bütün insanlığa qarşıdır”.

Bundan sonra qonaqlar Füzuli rayonuna səfər edib. Əvvəlcə Şuşa yolunun tikinti işləri ilə tanış olan nümayəndə heyəti, daha sonra Füzuli şəhərinə gedərək ermənilərin 28 il talan edib, viran qoyduğu şəhərinin qalıqları ilə tanış olublar.

Vaxtilə şəhər mərkəzində yerləşən məscidin dağıntılarına baxıblar.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın