06:00 03 Dekabr 2019 212
Ana səhifə Xəbərlər

Hamilə qadın körpəsini itirə bilər: Bakıda ağır qəza - 5 YARALI

Bakıda ağır avtoqəza baş verib.

APA TV-nin məlumatına görə, hadisə Ziya Bünyadov prospektində qeydə alınıb.

Hadisə zamanı iki "BMW" və "Opel" markalı avtomobil toqquşub. Nəticədə 5 nəfər - Tural Rəhmanov, Teymur Quliyev, Elvin Niftəliyev, Aleksandr Naqutin və Marina adlı hamilə qadın xəsarət alıb. Xəstəxanaya çatdırılan 5 nəfərdən birinin - hamilə qadının vəziyyətinin ağır olduğu deyilir. O, Reanimasiya şöbəsinə yerləşdirilib.

Polis əməkdaşlarının dediyinə görə, yüksək sürətlə hərəkətdə olan 10-MD-081 dövlət qeydiyyat nişanlı "BMW" idarəetmədən çıxaraq, yolun əks istiqamətinə keçib və 99-FE-712 dövlət nömrə nişanlı digər bir "BMW", sonra isə "Opel" markalı avtomobillərə çırpılıb. Qəzadan sonra prospektin hər iki istiqamətində tıxac yaranıb. Sürücülər alternativ yollara istiqamətləndirib.

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın