01:20 07 Noyabr 2019 41
Ana səhifə Xəbərlər

Ucarda 2 “Jiquli” toqquşdu: 3 yaralı

Ucarda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə noyabrın 7-də Ucar şəhərində - Azərbaycan küçəsində qeydə alınıb.

İki "VAZ 2107" markalı minik maşınının toqquşması nəticəsində nəqliyyat vasitələri yararsız hala düşüb. Qəza nəticəsində Ucar rayonunun Qazyan kənd sakinləri - 1938-ci il təvəllüdlü Sabir Məhəmməd oğlu Şirəliyev, 1954-ci il təvəllüdlü Dilavər Məhəmmədəli oğlu Allahverdiyev və rayonun Şalıq kənd sakini, 1984-ci il təvəllüdlü Nurlan Tahir oğlu Cavadov müxtəlif xəsarətlərlə Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın