21:52 14 Aprel 2021 66
Ana səhifə Xəbərlər

Ucarda qadın qətlə yetirilib

Ucarda bıçaqlanma hadisəsi baş verib.

APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə bu gün saat 16 radələrində rayon ərazisində qeydə alınıb. Ağır bıçaq xəsarətləri ilə rayon sakini, 1985-ci il təvəllüdlü Validə Məzahir qızı Kərimova və Qarabörk kənd sakini, 1988-ci il təvəllüdlü Qasim Fazil oğlu Məmmədov Ucar Mərkəzi Rayon Xəstəxanasına gətiriliblər. Həkimlərin səyinə baxmayaraq V. Kərimova xəstəxanada ölüb.

Hadisənin hansı şəraitdə baş verməsi hələki dəqiq məlum deyil.

Qeyd edək ki, Validə Kərimova ilə Qasim Məmmədov qeyri- rəsmi nigahda olublar. Qasim Məmmədov şübhəli şəxs qismində saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın