18:40 29 İyun 2020 1857
Ana səhifə Xəbərlər

Ucarda qeyri-adi quş tapılıb

Ucarda qeyri-adi quş tapılıb.

APA TV-nin yerli bürosunun xəbərinə görə, iki gün öncə rayon sakinləri küçədə bəzəkli, qeyri-adi quş tapıblar. Onun bayquş olduğunu deyən sakinlər bildirir ki, bu nadir tapıntıdır.

Quşun qeyri-adiliyi ondadır ki, bu vaxta kimi belə rəngli bayquşa rast gəlinməyib. Hətta internetdə də axtarış aparan sakinlər bu rəngdə və formada bayquş tapmayıblar.

Yaşlı sakinlər də belə rəngli bayquşa ilk dəfədir ki, rast gəldiklərini deyirlər.

Zahid Abışov

Devran Əsgərov

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın