11:49 27 İyun 2020 654
Ana səhifə Xəbərlər

Ucarda qumla dolu yük maşını aşdı, sürücü yaralandı

Ucarda yük maşını aşıb.

APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə Bakı-Qazax əsas magistral yolunun 241-ci kilometrliyində qeydə alınıb.

Mingəçevir sakini, 1979-cu il təvəllüdlü Şəqaüq Süleymanovun idarə etdiyi qumla dolu "KAMAZ" təkərinin çıxması nəticəsində idarəetmədən çıxaraq yolun hərəkət hissəsinə aşıb. Nəticədə sürücü yüngül xəsarətlə Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Hadisə nəticəsində nəqliyyatın hərəkəti üçün nisbi çətinlik yaranıb.

Faktla bağlı araşdırma aparılır.

Zahid Abışov

Devran Əsgərov

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın