13:49 01 İyul 2020 353
Ana səhifə Xəbərlər

Ucarda yolu keçmək istəyən piyadanı maşın vurdu

Ucarda piyadanın yaralanması ilə nəticələnən yol qəzası baş verib.

APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə rayonun Azərbaycan küçəsində qeydə alınıb.

Ucar rayonunun Ənvər Məmmədxanlı kənd sakini, 1986-cı il təvəllüdlü Ramil Əliyev idarə etdiyi "Lada priora" markalı minik maşını ilə yolu keçmək istəyən 40 yaşlı Zülfi İsgəndərovu vurub.

Zərərçəkən ağır vəziyyətdə Göyçay Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Zahid Abışov

Devran Əsgərov

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın