22:45 25 Sentyabr 2020 335
Ana səhifə Xəbərlər

Ucarda yük maşını yandı

Ucarda yük maşını yanıb.

APA TV-nin yerli bürosunun xəbərinə görə, Kürdəmir rayon sakini, 1987-ci il təvəllüdlü Qabil Saleh oğlu Cabbarovun idarə etdiyi "FORD" markalı yük maşını Bakı-Qazax əsas magistral yolunun Ucar rayonunun Qaracallı kəndindən keçən hissəsində anidən alışıb.

Hadisə yerinə Ucar Rayon Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub. Yanğın söndürülüb.

Hadisə zamanı yük maşınına ziyan dəysədə zərərçəkən olmayıb.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın