20:38 26 İyun 2020 968
Ana səhifə Xəbərlər

Ucarın Çini kəndində susuzluq problemi yaşanır

Ucarda suvarma və içməli su ilə bağlı problem yaşanır.

Rayonun Çini kənd sakinləri APA TV-nin yerli bürosuna bildiriblər ki, "Azərsu" kənddə xidmət göstərmədiyi üçün suvarma suyundan həm də içməli su kimi istifadə edirlər.

Onların sözlərinə görə, ötən ilin avqust ayından kənddə su ilə başlı çox ciddi problem yaşanır. Susuzluq problemi səbəbindən son aylar kənddən köçüb gedənlər də olub.

Hazırda Çini kəndində 90-a yaxın ailə su problemi yaşayır. İmkanlı şəxslər bir maşın suyu 40 manata alır. Bir çoxlarının isə buna maddi durumu imkan vermir. Kənd icra nümayəndəsi və digər müvafiq qurumlara dəfələrlə müraciət etsələr də, heç bir müsbət nəticə yoxdur.

Sakinlər problemin əsas səbəbini qonşu Ağdaş rayonunda edilən müdaxilələrdə görürlər. Belə ki, su Ağdaş rayonundan keçərək kəndə gəlir.

Ucar rayon Suvarma Sistemləri İdarəsinin baş mühəndisi Asif Orucov da şikayətçi sakinləri haqlı sayır. Onun sözlərinə görə, adı çəkilən kəndə su kanal vasitəsilə qonşu Ağdaş rayonunun 3 kəndindən keçərək gəlir. Həmin kəndlərdə isə çox ciddi müdaxilələr olduğundan, su Çini kəndinə gəlib çıxmır. İdarə tərəfindən bütün zəruri tədbirlər görülsə də, hələ ki müsbət nəticə əldə olunmayıb.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın