22:00 19 Noyabr 2019 48
Ana səhifə Xəbərlər

Ukraynalıların Moskvada gizlin narkolaboratoriyası aşkarlandı - RUSİYA ŞOKDA

Rusiyada narkotik vasitələrin hazırlandığı laboratoriya aşkar edilib.

APA TV-nin “Reuters”ə istinadən məlumatına əsasən, bu, Rusiya sərhədləri daxilində müəyyən edilmiş ən iri qanunsuz laboratoriyadır.

Bu laboratoriyada hazırlanan tonlarla həb internet üzərindən satışa çıxarılıb.

Moskva ətrafındakı Serpuxov rayonunda aşkar edilən laboratoriya ilk baxışdan fermanı xatırladıb.

Hazırlanan sintetik həblərin birinin qiyməti 200-500 min rubl arasında dəyişib.

Polis əməliyyatı nəticəsində laboratoriyadan kristal formada 100 kiloqramdan çox həb, yarım ton kimyəvi maye, 600 kiloqram isə prekursor aşkarlanıb. Narkotik tərkibli məhsullar Rusiyanın 18 regionunu təmin etməli idi.

Əməliyyatçılar 5 nəfəri saxlayıb. Maraqlı burasıdır ki, laboratoriyanın 3 kimyaçı-mühəndisi Ukrayna vətəndaşıdır. Onlardan biri bu “istehsal müəssisəsi”nin rəhbəri, digərləri isə əsas kuryerlərdir. Saxlanılanların kimliyi açıqlanmır.

Xatırladaq ki, bu, Moskva ətrafında iki gün ərzində keçirilən əməliyyat nəticəsində aşkarlanan ikinci narkolaboratoriyadır. Bir gün öncə aşkarlanan analoji “müəssisə”də də Ukrayna vətəndaşları saxlanılıb.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın