06:40 01 İyun 2020 166
Ana səhifə Xəbərlər

Uşaqlar bu il bayramlarını evdə qeyd edəcək – ATRAKSİONLAR İŞLƏMİR

Onlar dünyanın ən saf, ən gözəl varlıqlarıdır. Ürəkləri sevgi ilə dolu olan, dünyaya sülh, mehribanlıq arzu edən balaca dostlarımızın bu gün bayramıdır.

Hər il 1 iyun uşaqların beynəlxalq müdafiəsi gününü xüsusi təntənə ilə qeyd edən balacalar bu il karantin rejiminin tətbiq edilməsi ilə əlaqədar bayramı evlərində qeyd edəcəklər.

Ölkədə tətbiq edilən xüsusi karantin rejimi ilə əlaqədar park və bulvarlarda atraksionların fəaliyyəti bərpa olunmadığı üçün bu gün uşaqların beynəlxalq müdafiəsi günündə uşaq meydançaları balaca dostlarsız qalacaq.

Uşaqları sevindirmək istəyən valideynlər də onları əyləncə mərkəzlərinə apara bilməyəcəklər. Lakin, geyim və oyuncaq dükanları fəaliyyətlərini davam etdirir. Bu dükanlarda isə oyuncaqların qiyməti 5-30 manat aralığında dəyişir.

Dünyaya xoşbəxtlik saçan balacaları onların sevimli dostu olan klounlar, eləcə də öz həmyaşıdları da təbrik edir: “Uşaqların bayramıdır, mən Mırt-Mırt bütün balaca dostlarımızı təbrik edirəm. Onlara gözəl, əsas da sağlam ömür arzu edirəm”.

Biz də bütün uşaqları təbrik edirik. Onlara hər zaman xoşbəxt olmalarını diləyirik.

İsa İsmayılov,

Əli Ələkbər,

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın