02:40 03 İyun 2020 179
Ana səhifə Xəbərlər

ÜST: Koronavirusun yayılmasının qarşısı alınmasa, xəstəlik dağıdıcı ola bilər

Yeni növ koronavirus infeksiyasının (COVID-19) yenidən alovlanması ilə bağlı real təhlükə var.

APA TV-nin “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Bürosunun direktoru Hans Henri Kluge bildirib.

Onun sözlərinə görə, koronavirusun yayılmasının qarşısı alınmasa, xəstəlik dağıdıcı ola bilər.

“Məhdudiyyətləri aradan qaldıran ölkələrin sayı artdıqca COVID-19-un yenidən alovlanması təhlükəsi yaranır”, - deyə o vurğulayıb.

Hans Henri Kluge qeyd edib ki, hazırda vəziyyət ilin əvvəli ilə müqayisədə heç də yaxşı deyil. O, hələ də COVID-19-la mübarizə ilə bağlı nə peyvəndin, nə də müalicə üsulunun olduğunu qeyd edib.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın