12:00 03 Dekabr 2019 47
Ana səhifə Xəbərlər

Vergilər Nazirliyində Vergi Məcəlləsinə dəyişikliklərlə bağlı brifinq keçirilib

Vergilər Nazirliyində Vergi Məcəlləsinə edilmiş əlavə və dəyişikliklərin əsas istiqamətləri ilə bağlı brifinq keçirilib.

APA TV-nin məlumatına görə, nazirliyin Vergi siyasəti baş idarəsinin rəisi Samirə Musayeva məcəlləyə əlavə və dəyişikliklərin məzmunu və hədəfləri haqqında məlumat verib.

Samirə Musayeva bildirib ki, həyata keçirilən sosial-iqtisadi siyasətin tərkib hissəsi olan vergi siyasəti iqtisadiyyatın bugünkü tələblərinə uyğun olaraq təkmilləşdirilir. Bu məqsədlə vergi qanunvericiliyinə uyğun dəyişikliklər layihəsi hazırlanıb və Milli Məclis tərəfindən qəbul edilib: “Vergi Məcəlləsi Milli Məclisdə müzakirə olunarkən “Tibbi sığorta haqqında” qanuna dəyişikliklər də müzakirə olunub. Milli Məclisdə qanun müzakirəsi zamanı paralel olaraq tibbi sığortanın da təşviq olunması üçün Vergi Məcəlləsinə dəyişikliklərin olunması təklif olunub və dəyişikliklər bütövlükdə məqbul hesab olunub. 1 yanvar 2020-ci ildən, ilkin olaraq bir il müddətinə İcbari Tibbi Sığorta Fondunun vəsaiti hesabına tibbi sığorta xidmətlərinin göstərilməsi də ƏDV-dən azad olunub”.

Brifinqin sonunda jurnalistlərin suallarını cavablayan idarə rəisi bildirib ki, yeni qanun layihəsinin hazırlanmasında əsas məqsəd dünya təcrübəsinə əsaslanaraq sahibkarların vergi yükünün azaldılması ilə yanaşı, vergitutma bazasının genişləndirilməsidir.

Səfər Əlizadə,

Musa Qulammirzəyev,

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın